Şəntopdan Simonyana: Bakı ilə münasibətlər…

Şəntopdan Simonyana: Bakı ilə münasibətlər…

Ermənistan parlamentinin sədri Alen Simonyan Ankarada türkiyəli həmkarı Mustafa Şəntopla görüşüb, bir sıra əsas məsələləri, o cümlədən Türkiyənin hava məkanının Ermənistan aviaşirkətləri üçün bağlanmasını müzakirə edib.

AzerTimes xəbər verir ki, görüş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutub.

Simonyan görüşdə hava nəqliyyatı ilə bağlı yaranan vəziyyətin müsbət həll olunacağına ümid etdiyini bildirib.

Şəntop isə cavabında İrəvanda “Nemezis” abidəsinin açılışının Türkiyə üçün ağrılı və həssas məsələ olduğunu vurğulayıb.

Simonyan əlavə edib ki, rəsmi İrəvan üçüncü ölkə vətəndaşları üçün Ermənistan-Türkiyə sərhədinin açılmasına xüsusi önəm verir.

O, Ankara sammitində iştirak etmək üçün diplomatik pasportla sərhədi keçə bilməməsindən təəssüfləndiyini bildirib.

Öz növbəsində Şəntop da Ermənistan-Azərbaycan əlaqələrinə diqqət çəkərək, münasibətlərinin normallaşmasının tərəflərə və regiona fayda verəcəyini bildirib.

Teqlər: