Şəntopdan ordumuzun Laçına girməsinə reaksiya

Şəntopdan ordumuzun Laçına girməsinə reaksiya

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsinə münasibət bildirib.

AzerTimes xəbər verir ki, bu barədə Şəntop Tvitter hesabında yazıb.

“Laçın şəhəri və ətrafındakı 2 kəndin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Azərbaycana qayıtmasını məmnuniyyətlə qarşılayırıq. Bunun Cənubi Qafqazda sülh və sabitliyin təsis olunmasına, regiondakı normallaşma prosesinə təsir edəcəyini arzu edirik”, – Şəntop qeyd edib.

Teqlər: