Şəntop ukraynalıların təxribatının qarşısını aldı – Video

Şəntop ukraynalıların təxribatının qarşısını aldı – Video

Qara Dəniz İqtisadi Əməkdaşlıq Parlament Assambleyasının (QDİƏT) Zirvə toplantısında Ukrayna nümayəndə heyəti Rusiya nümayəndə heyətinin çıxışına müdaxilə etməyə cəhd göstərib.

AzerTimes xəbər verir ki, iclasda sədr qismində iştirak edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Ukrayna tərəfinin bu cəhdinin qarşısını alıb.

Belə ki, Rusiya nümayəndə heyətinin rəhbərinin müavini Olqa Timofeyevanın çıxışı zamanı Ukrayna nümayəndə heyəti bayraqla etiraz təşəbbüsü edib.

Timofeyeva çıxış edərkən Ukrayna nümayəndə heyətinin üzvləri onun arxasında dayanaraq, ultra-millətçi Sağ Sektor təşkilatının bayrağını açıb və Rusiya əleyhinə şüarlar səsləndirib. Rusiya tərəfi ukraynalıların bu hərəkətinin qarşısını almağa çalışarkən tərəflər arasında qısamüddətli mübahisə yaranıb.

TBMM sədri Ukrayna heyətinin davranışına sərt reaksiya verib.

“Bu iclası kiminsə pozmasına icazə vermərəm. Hər kəs öz fikrini bildirə bilər, buna heç bir maneə yoxdur. Amma bu cür hərəkətlər edilsə, belə görüşlər parlament iclası olmaqdan çıxacaq. Gedin bunu küçədə edin. Burada icazə vermirəm”, – M.Şentop deyib.

İclasda fasilə verən M.Şentop qaydaları pozan tərəfin zaldan çıxarılmasını tələb edib. O, söz verilmədən danışmaq istəyənlərin də çölə çıxarılacağını vurğulayıb.

Teqlər: