Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən qanlı terror aktını kəskin şəkildə pisləyib.
AzerTimes xəbər verir ki, TBMM-nin sədri Tvitter səhifəsindəki paylaşımında törədilən alçaq hücumu qətiyyətlə qınadığını bildirib.
Qeyd edib ki, o, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə telefonda danışaraq səfirlik əməkdaşının şəhid olmasına görə üzüntü keçirdiyini söyləyib, Azərbaycan xalqına başsağlığı verdiyini ifadə edib.