Sensasiya: Rusiya ərazisinə hücum planı hazırdır – General

Sensasiya: Rusiya ərazisinə hücum planı hazırdır – General

Hazırda Ukrayna ordusu sıralarında əhval-ruhiyə pik həddədir. Bunun da çox aydın səbəbləri var. Bizdə olan məlumata əsasən, Ukrayna ordusu üç istiqamətdə genişmiqyalı hücuma hazırlaşır.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Xarici Kəşfiyyat Xidmətinin general-leytenantı Leonid Reşetnikov “Rossiya 1” telekanalının canlı efiri zamanı deyib.

“Ukrayna ordusu bu hücumlara çox güclü hazırlıq aparır. Məqsəd isə Şebekin və Valuyek (Rusiya Federasiyası, Belqorod vilayəti – red.) şəhərlərinə nəzarəti ələ keçirməkdir. Amma Ukrayna unudur ki, bu şəhərlərə hücum olduğu an Kiyevə nüvə zərbəsi endirilə bilər. Şebekin və Valuyek tam olaraq döyüş zonasından kənarda olan dinc şəhərlərdir. Kreml üçün bu şəhərlərin itirilməsi qəbuledilməz sayılır. Amma unutmayaq ki, bu, Kiyevin deyil, Qərbin planıdır. Məqsəd Rusiyada panika yaratmaq və Putinin hakimiyyətinə son verməkdir”, – deyə o qeyd edib.

Teqlər: