İrəvanda gərginlik azalmaq bilmir. Revanşistlər indi də başqa bir iddia ortaya atıblar.
AzerTimes Publika.az-a istinadla xəbər verir ki, bloger Artur Çaxayanın həbs olunması faktına toxunan “Hraparak” nəşri iddia edir ki, İrəvanda Türkiyə partiyası yaratmaq planlaşdırılıb. Çaxoyan partiyanın qurultayı zamanı məsələ ilə bağlı açıqlama tələb edib və həbs olunub.
İddia olunur ki, partiyanın yaradılmasının arxasında Türkiyədə yaşayan şəxs dayanır. Onu həyat yoldaşı Natali Aleksanyan İrəvanda partiyanın formalaşması işləri ilə məşğul olur. O, internetdə geniş təbliğat aparır.
“İşıqlı Ermənistan” partiyasının sabiq üzvü Roman Nazaryanın da yeni partiyanın rəhbərliyində yer aldığı bildirilir. Revanşistlər onu da iddia edirlər ki, partiya Paşinyanın həyat yoldaşı Anna Akopyanın himayəsi altında yaradılır.