Sensasion fakt: Krımı Lenin ABŞ-a 50 milyona satıbmış! – Karaulov

Sensasion fakt: Krımı Lenin ABŞ-a 50 milyona satıbmış! – Karaulov

Sov İKP MK-nın keçmiş katibi Nikita Xruşşov həqiqətən də Krımı Ukraynaya verib, amma bu, İosif Stalin tərəfindən hazırlanmış tapşırıqlardan biri olub.

AzerTimes xəbər verir ki, bunu rusiyalı jurnalist Andrey Karaulov deyib.

“Krım RSFSR-in qurucusu Vladimir Lenin tərəfindən Amerikanın Rokfeller bankına girov qoyulub. Bunun müqabilində o, gənc sovet dövləti üçün paravoz və traktorlar alıb. 50 milyon dollar pulun qarşılığında Krım Amerikaya girov verilib. Sovet hakimiyyəti 1 yanvar 1946-ci ilə qədər 50 milyon dolları qaytarmasa, Krım Rokfellerdə qalacaq və ABŞ-ın bir hissəsinə çevriləcəkdi. Bəli, Lenin belə bir addım atıb. Krım faktiki olaraq anneksiyada idi. Bu layihəni “Krım Koliforniyası” adlandırırdılar. Bu gün bu layihəyə aid bütün məlumatlar hamısı məxfi saxlanılır. 1943-cü illərdə isə Krım tatarlarının ərazisində, yəni Krımda yəhudi dövləti yaratmaq məsələləri ortaya çıxıb. Əvvəl də var idi, amma 1943-cü ildə bu, daha geniş yayıldı. Fələstində yox, məhz Krımda yəhudi dövlətini yaratmaq istəyirdilər. Çünki ora Böyük Britaniyanın təsiri altında idi və Vinston Çörçill bundan gərginləşirdi. Bura rəhbər kimi isə məşhur aktyor Solomon Mixoelsin təyin edilməsi ortaya atılmışdı. Rokfeller boşuna pul xərcləməyi sevmirdi o, 50 milyon dolları səhmə çevirdi və Ruzvelt, onun ailəsi, amerikalı məmurlar bu səhmləri almağa başladı. 1944-cü ildə sammitin Yaltada keçirilməsinin də səbəbi bu idi. ABŞ Prezidenti Franklin Ruzvelt, arvadı Eleanora Ruzvelt, Corc Marşal və bir çoxları Rokfellerdən Krımın səhmlərini almışdılar və 1944-cü ildə Yaltaya gəlmişdilər ki, görək, aldığımız yer necədir.

Stalin isə ABŞ-a pulu da vermədi, faizi də vermədi, Krımda yəhudi dövlətinin yaradılmasına da razı olmadı. Amerika bu layihənin adını tutmasın deyə, Stalində Krımla bağlı yeni bir ideya yarandı. Krım Ukraynaya verildi. Çünki Krımı Lenin girov qoyanda o, RSFSR-in tərkibində idi, indi isə Krım Ukraynanın tərkibindədir. Xruşşov da bu tapşırığı icra edib, Krımı Ukraynaya verdi ki, amerikalılar bu məsələni unutsunlar. Xruşşovun bu sitatını da təkrarlayım: Krım Ukraynaya müvəqqəti olaraq verilib, müvəqqəti. Onun bu sözlərini də tapıb, çap etmək yaxşı olardı. Krımın öz vətəninə qaytarılması isə müqəddəs işdir”, – o bildirib.

Teqlər: