Londondakı səfirliyimizə hücum edən “Mehdinin xidmətçiləri”nin İranın dini rəhbərliyi ilə ideoloji müharibədə olmasına dair məlumatlar fonunda bir detal xüsusilə diqqət çəkir.
AzerTimes xəbər verir ki, ingilis polisinin həbs etdiyi “Mehdinin xidmətçiləri” arasındakı bir şəxsin görüntüsü bəzi ehtimallara yol açır.
Belə ki, görüntüdə həbs edilən şəxsin İranda Azərbaycan dövlətinə qarşı hücuma “piyadalıq” edən, Azərbaycanda dini rejim qurmaq istəyən, Gəncə hadisələrinin təşkilatçısı olan və bu yaxınlarda “Kərimə dövləti” planlarını elan edən “Hüseyniyyun” qruplaşmasının üzvlərindən olan Musa Əsədzadəyə bənzəyir.
Maraqlıdır, Musa Əsədzadə “Mehdinin xidmətçiləri” qruplaşmasının ssenarisində niyə iştirak edir? Bu fakt “mediçilər”in guya İrana müxalif imici formalaşdırmaqla əslində tam fərqli missiya yerinə yetirdiyini düşünmək üçün ciddi şübhələr yaradır.
Ümid edirik ki, Britaniya polisi hücum edənlərin kimliyini artıq Azərbaycana bildirib və dövlətimiz öz tədbirini görəcək.