Şenol Günəş “Sabah”la bərabərlikdən danışdı

Şenol Günəş “Sabah”la bərabərlikdən danışdı

“Sabah” klubuna və Azərbaycan xalqına təşəkkür edirik.

AzerTimes xəbər verir ki, bunu “Beşiktaş”ın baş məşqçisi Şenol Günəş Bakıda “Sabah”la 3:3 hesablı heç-heçə etdikləri xeyriyyə oyunundan sonra mətbuat konfransında bildirib.

“Burada olduğumuz üçün çox xoşbəxtik. Bütün oyunçulara şans vermək istədik. Burada səmimi münasibət gördük. Bir daha təşəkkür edirəm. Belə azarkeşlərə gözəl futbol izlətmək istəyirdik. Türkiyə Super Kuboku və ya hansısa oyunu Bakıda keçirmək bizə ancaq xeyir verə bilər. Biz buraya yardım məqsədi ilə gəlmişik. Belə qarşılaşmaların davamı gəlməlidir. Daha əvvəl verdiyimiz sözü bu gün həyata keçirə bildik. Azərbaycanın bütün komandalarına uğurlar arzulayıram”, – Ş.Günəş qeyd edib.

Teqlər: