Səngəçal terminalından “Şahdəniz” qazının ixracı 21 faizə yaxın artıb

Xəbər - Ləman Zeynalova – Trend:

2021-ci ilin ilk üç rübündə Səngəçal terminalından gündəlik orta hesabla 58 milyon standart kubmetrdən çox (2,063 milyard standart kubfuta yaxın) “Şahdəniz” qazı ixrac edilib. Bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 20,8 faiz çox olub.

Trend bu barədə “bp”nin hesabatına istinadən məlumat verir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

2021-ci ilin üçüncü rübündə AÇG blokundan və “Şahdəniz” yatağından neft və qaz sualtı borularlar Səngəçal terminlaına nəql olunmaqda davam edib.

Bu ilin ilk üç rübündə Səngəçal terminalı 172 milyon barelə yaxın neft və kondensat ixrac edib. Buraya Bakı-Tbilisi-Ceyhan kəməri ilə 148 milyon barel və Bakı-Supsa kəməri 24 milyon barel daxildir.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: