Səngəçal terminalında vaksinasiya kampaniyası

Əməkdaşlarımızın təhlükəsizliyi, sağlamlığı və rifahı bizim daim əsas diqqət verdiyimiz prioritet məsələdir. COVID-19 pandemiyası başlayandan bəri bp əməliyyatçısı olduğu sahələrdə virusun yayılmasının qarşısını almaq üçün Operativ Qərargahın davamlı dəstəyi ilə bir sıra ciddi tədbirlər görür. Buraya sahə işçiləri obyektlərə daxil olmazdan öncə həyata keçirilən çoxsaylı prosedurların tətbiqi, habelə, sahələrimizdə və ofislərimizdə tələb olunan bütün önləyici tədbirlərin həyata keçirilməsi daxildir.

AzerTimes xəbər verir ki, bu barədə bp-nin məlumatında deyilir.

Bundan əlavə, bp sahələrdəki əməkdaşlar üçün iş yerlərində vaksinasiya kampaniyaları da təşkil edərək, Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya prosesinə fəal dəstək verir.

25 may tarixində şirkət Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) təşkilatçılığı ilə Səngəçal terminalının personalı və işçi heyəti üçün iş yerində könüllü vaksinasiya kampaniyası keçirmişdir. TƏBİB-in səyyar briqadası tərəfindən həyata keçirilən vaksinasiya kampaniyası zamanı 268 nəfər bp əməkdaşı və işçi heyəti öz iş yerlərini tərk etmədən, iş qrafiklərinə və sahədəki karantin qaydalarına əməl etməklə peyvənd olunmuşdur.

Bu, şirkətin iş yerində təşkil etdiyi ikinci vaksinasiya tədbiridir. May ayının əvvəllərində bp hazırda Şahdəniz lahiyəsi çərçivəsində dənizdə aparılan fəaliyyətlərə cəlb olunmuş iki gəminin – “Xankəndi” sualtı tikinti gəmisinin və “İsrafil Hüseynov” borudüzən barjasının – personalı və heyət üzvləri üçün oxşar səyyar vaksinasiya kampaniyası təşkil etmişdi. Gəmilərin Bakı Dəniz Limanında dayandığı müddətdə TƏBİB-in səyyar briqadası tərəfindən ümumilikdə 100 nəfər peyvənd olunmuşdu. Peyvəndin ikinci dozası eyni qaydada iyun ayının əvvəllərində təşkil ediləcəkdir.

Teqlər: