Xəbər - Ləman Zeynalova – Trend:
2021-ci ilin birinci rübündə Səngəçal terminalından gündəlik orta hesabla 56 milyon standart kubmetrdən çox (1 milyard 987 milyon standart kubfutdan çox) “Şahdəniz” qazı ixrac edilib.
AzerTimes bu barədə “BP Azerbaijan” şirkətinin hesabatına istinadən məlumat verir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 85 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 105 milyon standart kubmetrdir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz boru kəməri, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.
(Tərcümə: Orxan Nəbiyev)