Sənədsiz evlərlə bağlı yenilik

Sənədsiz evlərlə bağlı yenilik

Bu ilin ilk üç ayı ərzində daşınmaz əmlak üzərində 88 mindən çox mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

AzerTimes xəbər verir ki, bunu Xəzər TV-yə açıqlamasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri public hüquqi şəxsinin departament direktoru Lalə Əkbərova deyib.

Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 21 min 664-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Departament direktoru sənədsiz evlərlə bağlı məsələyə də toxunub.

Prosesin davam etdiyini deyən Lalə Əkbərova evlərə çıxarışların müəyyən sənədlər əsasında verildiyini bildirib.
Onun sözlərinə görə, sovet dövründə və müstəqilliyin ilk illərində verilən sənədlər hüquqmüəyyənedici olmadığına görə, vətəndaşlar daşınmaz əmlaklarını qeydiyyata aldıra bilməyiblər.

Əmlak Məsələləri üzrə ekspert Elnur Azadov isə bildirib ki, hazırda həyət evləri ilə bağlı amnistiya işləri aparılır. Onun sözlərinə görə, bununla bağlı xüsusi portalın istifadəyə verilməsi nəzərdə tutulur.

Ekspert əlavə edib ki, gələcəkdə müəyyən sənədləri olan əmlakların qeydiyyat prosesi daha sürətli şəkildə aparılacaq.

Teqlər: