Sənədsiz evlər necə sığortalanır?

Daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində
zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı
dəyən zərərin əvəzinin ödənilməsi üçün sığorta sisteminin tətbiq
olunması geniş yayılıb. Bəs sənədsiz evlərin sığortalanması hüquqi
paraktikada mümkündürmü?

Bununla bağlı hüquqşünas Arif NəzərovTrend-in sualını cavablandırıb.

Hüquqşünas bildirib ki, Azərbaycan Respublikası Mənzil
Məcəlləsinin 19-cu maddəsinə əsasən yaşayış sahələrinin itirilməsi
(dağılması) və ya zədələnməsi ilə əlaqədar zərərin ödənilməsinə
zəmanət vermək məqsədilə yaşayış sahələri qanunvericiliyə uyğun
olaraq sığorta oluna bilər.

O bildirib ki, “İcbari sığortalar haqqında” Azərbaycan
Respublikası Qanununun 6.1-ci maddəsinə uyğun olaraq, icbari
sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan dedikdə
fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta
müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan),
əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində
əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə sözügedən Qanunun
6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs
sığorta olunan hesab edilir.

Həmçinin, Qanunun 35-ci maddəsinə əsasən Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq, özbaşına tikinti
sayılan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur. Eyni zamanda,
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə uyğun
olaraq, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya
buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti
normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış
evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına
tikinti sayılır.

Beləliklə, şəxsin daşınmaz əmlak üzərində hüquqları dövlət
qeydiyyatına alındığı təqdirdə sığortalanmanın tətbiq edilməsi
mümkündür.

Teqlər: