Senatorun erməni arvadı məhkəməyə çağırıldı

Senatorun erməni arvadı məhkəməyə çağırıldı

Amerikalı senator Bob Menendezin erməni əsilli arvadı Nadin Arslanyana qarşı rüşvət ittihamı irəli sürülüb.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.

Məlumata görə, Arslanyanın bir sıra şəxslərdən rüşvət və ya hədiyyə aldığı araşdırılır.

Nyu Yorkun Cənub Bölgəsi üzrə Prokurorluğu Arslanyanın şəriklərini məhkəməyə çağırıb.

İstintaq çərçivəsində ABŞ-dan olan şirkətin Misirə ət ixrac etmək üçün misirli rəsmilərdən sertifikat alma prosesində Menendez və arvadından yardım istəyib-istəmədiyi araşdırılır. Məlumata görə, Arslanyanın ərinin mövqeyindən istifadə edərək şirkətə yardım etdiyi bildirilir.

Nyu Cersidən olan erməni əsilli vəkil Andranik Aslanyan da istintaq çərçivəsində məhkəməyə çağırılıb. Aslanyanla Nadinin uzun müddətdir dost olduqları qeyd olunub.

Teqlər: