Senatorlardan Baydenə Qəzza məktubu: Bizə qoşulun!

Senatorlardan Baydenə Qəzza məktubu: Bizə qoşulun!

ABŞ-ın bir qrup senatoru Prezident Co Baydenə məktub göndərərək, onu Qəzza zolağına fasiləsiz humanitar yardımın çatdırılmasını təmin etməyə çağırıb.

AzerTimes xəbər verir ki, bu barədə məlumatı məktubu imzalayanlardan biri olan Virciniya ştatından demokrat Tim Keyn verib.

Senatorlar Baydeni Qəzzada mülki əhalinin müdafiəsi planını həyata keçirmək üçün İsrail və ABŞ-ın beynəlxalq tərəfdaşları ilə işləməyə çağırıblar.

“Davamlı humanitar yardım təchizatını təmin edin və HƏMAS təhlükəsinə uzunmüddətli son qoyun. Ümid edirik ki, müttəfiqimiz İsraili Qəzza zolağında günahsız mülki şəxslərə mühüm humanitar yardım göstərmək üçün təcili addımlar atmağa təşviq etməkdə bizə qoşulacaqsınız”, – məktubda bildirilib.

Teqlər: