Senatordan təklif: Ukrayna üçün Avstriya nümunəsi…

Senatordan təklif: Ukrayna üçün Avstriya nümunəsi…

Soyuq müharibə illərində SSRİ, ABŞ, Böyük Britaniya və Fransa arasında bağlanmış müqavilə əsasında silahsızlaşdırılan Avstriya Ukraynada sülh üçün ən yaxşı nümunə ola bilər.

AzerTimes xəbər verir ki, bunu keçmiş ABŞ senatoru Riçard Blek deyib.

“1955-ci ildə tərəflər Avstriya ərazisindən xarici qoşunların çıxarılması barədə razılığa gəliblər. Bunun müqabilində ölkə konstitusiyaya dəyişiklik edib, daimi olaraq bitərəf statusu qəbul edib və xarici hərbçilərin yerləşdirilməsinə qadağa qoyub”, – Blek bildirib.

Onun sözlərinə görə, Avropa ölkələri Ukraynaya münasibətdə daha güclü müstəqil mövqe nümayiş etdirməlidirlər.

Teqlər: