Senator ermənipərəst Menendesə meydan oxudu

Senator ermənipərəst Menendesə meydan oxudu

ABŞ-ın Pensilvaniya ştatından olan senator Con Fetterman korrupsiyada ciddi ittihamlar irəli sürülən Nyu Cersidən olan ermənipərəst qanunverici Bob Menendesi yenidən tənqid edib.

AzerTimes xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, Fetterman senator Bob Menendesə meydan oxuduğunu bildirib:

“Təbii ki, onun mühakimə olunmaq hüququ var. Amma onun senator olmağa haqqı yoxdur”.

Qeyd olunur ki, Fetterman Menendesi istefaya çağıran ilk şəxs olub və Nyu Cersi millət vəkilinin ən açıq tənqidçisinə çevrilib:

“Bu əclafı çoxdan qovmalıydıq. İndi biz bu qətnaməni müzakirə etmək istəyirik və mən yekdilliklə təsdiq olunmasını xahiş edəcəyəm”.

Teqlər: