Senatın Bakıya hücumu: İrəvan sevinməsin… – Ekspert

Senatın Bakıya hücumu: İrəvan sevinməsin… – Ekspert

İki ölkə arasında siyasi müstəvidə əlaqələr bu qətnamənin qəbul edilməsi ilə daha da gərginləşdi. Bu, o Senatdır ki, bir müddət öncə “arsax”ın “müstəqilliyi”nin tanınmasını tövsiyə edən qətnamə qəbul etmişdi.

Bu sözləri AzerTimes-a politoloq Zaur Məmmədov Fransa Senatının Azərbaycanla bağlı qəbul etdiyi son qərəzli sənədi şərh edərkən deyib.

Onun sözlərinə görə, bu, ölkəmizə qarşı aparılan qərəzli kampaniyadır və arxasında Fransanın erməni narahatlığı yox, Azərbaycanda mövqe maraqları dayanıb:

“Fransada Azərbaycana qarşı kampaniya var və bunun arxasında Sorosa yaxın müəyyən qüvvələr durub. Makron və Paşinyan isə Sorosun yetirmələridir. Müəyyən qruplar erməni mövzusu altında Azərbaycana təzyiq etmək istəyindədir. Bizim hakimiyyətin apardığı müstəqil siyasət xoşlarına gəlmir. Onlar bir çox ölkədə inqilablar ediblər, öz adamlarını hakimiyyətə gətiriblər. Bu qətnamələri, bəyanatları, əslində, Ermənistanın gələcəyi ilə bağlı narahat olduqları üçün qəbul etməyiblər. Məqsədləri bununla Azərbaycana təzyiq etməkdir”.

Zaur Məmmədov bildirib ki, Bakının prinsipiallığı qarşısında Paris öz qərəzli mövqeyindən geri çəkilməli olacaq:

“Düşünürəm ki, Azərbaycan bu vaxta kimi Fransa ilə bağlı öz prinsipiallığını necə nümayiş etdiribsə, o cür də davam edəcək. İki diplomatı Azərbaycandan qovulub, Fransaya qarşı bəyanat və etirazlar standart və sabit tonda davam etməkdədir. Amma ermənilər sevinməsin ki, Fransa onları hər zaman qoruyacaq. Dövr dəyişək və Paris öz mövqeyindən əl çəkəcək. Çünki bu sənədlərin qəbul edilməsinin arxasında heç bir siyasi rəqabət dayanmır, sadəcə, ölkəni imicdən salır. Bu bəyanat qəbul edildi, bəs sonra? “Arsax”ın da tanınmasını tövsiyə etmişdilər, nəticədə nə baş verdi? Xankəndidə Azərbaycan bayrağı dalğalanır! Odur ki, bu uydurma, gülünc bəyanatlar, parlamentdə müzakirələr və hökumətə çağırışların heç bir nəticəsi olmayacaq”.

Teqlər: