Noyabrın 7-də ABŞ Senatındakı demokratlar Respublikaçılar Partiyasının nümayəndələrinin İsrailə təcili yardım haqqında qanun layihəsini təsdiqləmək cəhdlərinin qarşısını alıblar.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, sözügedən qanun layihəsi Ukraynaya yardımı əhatə etmədiyi üçün qəbul edilməyib.
Respublikaçı senator Rocer Marşall deyib ki, Senatın bu kritik yardımın İsrailə çatdırılmasını bir gün gecikdirməməsi vacibdir. Lakin demokratlar bu tələbi rədd ediblər.
Senatın Büdcə Komitəsinin sədri Patti Mürrey isə deyib:
“Ukraynadakı müttəfiqlərimiz gecikməyə tab gətirə bilməz, nə də İsraildəki müttəfiqlərimiz”.