Senatda Bakı müzakirəsi: Menendes mane olmağa çalışdı

Senatda Bakı müzakirəsi: Menendes mane olmağa çalışdı

ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Azərbaycanı Azadlıq Aktına 907-ci düzəlişdən (Azərbaycana birbaşa yardımları qadağan edən düzəliş – red.) azad etmək qərarından danışıb.

AzerTimes xəbər verir ki, Donfrid bu qərarda “avtomatik heç bir şey”in olmadığını bildirib.

Komitə sədri, ermənipərəstliyi ilə tanınan Bob Menendes ABŞ-ın Azərbaycana təhlükəsizlik sahəsində yardım göstərməsinin və bu düzəlişdən azad edilməsinin qəti əleyhinə olduğunu bildirib:

“Demək olarmı ki, Azərbaycan ona göstərdiyimiz yardımdan hərbi vədlər baxımından Ermənistana açıq-aşkar üstünlük verəcək şəkildə faydalanmır? Mümkün deyil. Siz burada oturub bunu deyə bilməzsiniz”.

Donfrid bildirib ki, Dövlət Departamenti bu məsələlərə “böyük ehtiyatla” yanaşır:

“Biz bu proqramlarda iştirak edən hər kəsdən soruşduq ki, onlar Ermənistan və Azərbaycan arasında aparılan danışıqlara təsirləri necə dəyərləndirirlər? ABŞ-ın yardımı Azərbaycan və Ermənistan arasında sülh yolu ilə nizamlanmaya nail olmaq səylərini hər hansı şəkildə pozduğu və ya maneə olduğu barədə qiymətləndirmə varmı? Hər hansı göstərdiyimiz yardım Ermənistana qarşı hücum məqsədilə istifadə oluna bilməz”.

“Mən açıq şəkildə bildirmək istəyirəm və hesab edirəm ki, Azərbaycana yardım ABŞ-ın milli təhlükəsizliyinin maraqlarına uyğundur, ona görə də biz sərhəd mühafizəsi üçün qeyri-öldürücü avadanlıq təqdim edirik ki, bu da İrandan gələn (Cənubi Qafqaza, Rusiyaya və Avropaya qaçaqmalçılıq yolları – red.) transmilli təhdidlərin qarşısının alınmasında əhəmiyyətli təsir göstərir. Buna görə də inanıram ki, bu, sərhəd təhlükəsizliyini dəstəkləyəcək”, – Donfrid əlavə edib.

Teqlər: