Mən Ermənistanla “Dağlıq Qarabağ”ı birləşdirən Laçın dəhlizinin dərhal açılmasını və onun təhlükəsizliyini təmin etmək üçün Fransa tərəfindən Ermənistana müdafiə silahlarının verilməsini sürətləndirməyi tələb edirəm.
AzerTimes xəbər verir ki, bu sözləri Fransa Senatının sədri Jerar Larşe Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşdən sonra Tvitter hesabında yazıb.
Qeyd edək ki, Alen Simonyanın Fransaya səfəri iyulun 13-də başa çatıb.
Xatırladaq ki, Fransa Ermənistana 50 ədəd SHERPA LİGHT, VAB MK3 və ACMAT BASTİON zirehli transpartyoru, MİSTRAL “Atlas-RC” HHM raketləri verəcəyini elan edib.