ABŞ Konqresinin Senatı Martin Uolşu ölkənin əmək naziri vəzifəsinə təsdiq edib.
AzerTimes-ın TASS-a istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın yuxarı palatasının mətbuat xidməti məlumat verib.
Bildirilir ki, M.Uolşun lehinə 69, aleyhinə isə 29 səs verilib. 2014-cü ildən Boston (Massaçusets ştatı) meri vəzifəsində çalışan yeni əmək nazirinin yaxın zamanda andiçmə mərasimi keçiriləcək.