ABŞ Senatı İsrail, Ukrayna və sərhəd təhlükəsizliyinə 118 milyard dollarlıq yardım üçün iki partiyalı qanun layihəsini təqdim edib.
AzerTimes xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.
Qanun layihəsi Ukraynaya yardım üçün 60,1 milyard dollar, İsrailə 14,1 milyard dollar və ABŞ sərhədində təhlükəsizliyin yaxşılaşdırılması üçün 20,2 milyard dolların ayrılmasını nəzərdə tutur. Buraya həmçinin müharibədən zərər çəkmiş bölgələrdə humanitar yardım və Qırmızı dəniz və Tayvanda müdafiə əməliyyatları üçün məbləğlər daxildir.
Kanal bildirib ki, bu sənədin əsas fərqi sərhəd təhlükəsizliyinə ayrılan vəsaitin 13 milyard dollar artırılmasıdır.
Demokratlar Partiyasından olan senator Çak Şumerin sözlərinə görə, qanun layihəsi ilə bağlı səsvermə fevralın 7-nə planlaşdırılıb.