Sənanı evdən imtinaya vadar edən “qanun…” – Camalqızı

Sənanı evdən imtinaya vadar edən “qanun…” – Camalqızı

Məsələ burasındadır ki, bu uşaqların – bu 2 qardaşın, Səbuhi ilə Sənanın heç əvvəldən evi olmayıb. Ev, ailə, valideyn olmadan böyüyüblər.

AzerTimes xəbər verir ki, bunu Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızı deyib.

“Müvafiq qanunvericiliyə istisna hallarla bağlı bir müddəa əlavə etmək olmazmı? Şəhidlərimizin, Qazilərimizin problemlərinə daha həssas yanaşma sərgiləmək olmazmı? Cənab Prezidentə, gözəl qəlbli Mehriban xanıma bu məsələni məruzə etmək olmazmı? Əminəm ki, dərhal müsbət həll edilər. Səbuhinin ruhu şad olar, Sənanın da Evi olar. Çətin deyil axı bunu etmək. Sadəcə, həssasiyyət, xeyirxahlıq və sevgi lazımdı. Bəzən qanunların gücü çatmayanda dövriyyəyə bu dəyərlər gəlməlidir…”, – A.Camalqızı bildirib.

Qeyd edək ki, Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ona vermək istədiyi bir otaqlı mənzildən imtina edib. Nazirlikdən də ona deyilib ki, Sənan Əhmədov şəhid ailəsi statusuna aid olmadığı üçün ona iki otaqlı ev verə bilməzlər.

Teqlər: