Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində triatlon yarışlarına qatılan idmançılar arasında bağırsaq infeksiyası yayılıb.
AzerTimes xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, Belçika, İsveçrə, Qazaxıstan və Kanadanı təmsil edən triatlonçular səhhətlərində yaranan analoji problemə görə yarışmadan imtina ediblər.
Məsələ ilə bağlı sosial media hesabında paylaşım edən politoloq Turab Rzayev yazıb ki, bu, Sena çayının ekoloji problemi ilə əlaqədardır:
“Sena çayında üzmək 100 ildir qadağandır. Triatlon yarışlarına 1 gün qalmış suda təhlükəli mikrob çıxdı, yarış təxirə salındı. İndi 100 ilə düzəlməyən çayı 1 günə necə düzəltdilər?!”
Politoloq kanadalı idmançının yarışdan sonra qaytardığını əks etdirən fotonu paylaşıb və Senada keçirilən yarışın nə qədər təhlükəli olmasına diqqət çəkib.