Mayın 11-də Şəmkir rayonunun mərkəzinə, Zəyəm, Zəyəm Cırdaxan, Şiştəpə, Dəllər və digər yaxın kəndlərə güclü dolu yağıb.
AzerTimes-ın Report-a istinadən məlumatına görə, dolu meyvə ağaclarına, təsərrüfata zərər vurub.
Bundan başqa, avtomobil yollarında nəqliyyatın hərəkətində qismən çətinliklər yaranıb.
Hazırda ərazidə yağıntılı hava şəraiti davam edir.