Şəmkirdə valyutadəyişmə məntəqəsinə qumbara atıldı

Şəmkirdə valyutadəyişmə məntəqəsinə qumbara atıldı

Şəmkirdə valyutadəyişmə məntəqəsində törədilən partlayış nəticəsində iki nəfər xəsarət alıb.

AzerTimes-ın Report-a istinadən məlumatına görə, Şəmkir şəhər ərazisində fəaliyyət göstərən valyuta dəyişmə məntəqələrinin birində partlayış olub.

Hadisə nəticəsində, 1972-ci il təvəllüdlü Nəsib Heydərov və 1990-cı il təvəllüdlü Binnət Qarayev xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə məntəqəyə qumbara atılıması nəticəsində başverdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: