Şəmkirdə sürücü maşının altında qalaraq öldü

Şəmkirdə sürücü maşının altında qalaraq öldü

Şəmkirdə sürücü faciəvi şəkildə həyatını itirib.

AzerTimes-ın verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistralında qeydə alınıb. Yük avtomobili yol kənarda dayanan “VAZ” markalı avtomobillə toqquşub. Hadisə zamanı sürücü də avtomobilin yanında olub və maşının altında qalaraq dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Teqlər: