Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində rayon sakini, 1999-cu il təvəllüdlü E.İsmayılov və 2004-cü il təvəllüdlü N.Cəfərova qaldıqları evin yataq otağında ehtiyatsızlıqdan baş vermiş yanğın nəticəsində ağır xəsarətlər alıblar.
AzerTimes Report-a istinadən xəbər verir ki, zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri ağır olduğundan Bakı şəhərində yerləşən xəstəxanaların birinə köçürülməsi nəzərdə tutulub.
Qeyd edək ki, yanğının E.İsmayılovun çəkdiyi siqaretin yatağına düşməsi nəticəsində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.