Şəmkirdə şadlıq sarayının rəhbəri cəzalandırılıb

Xəbər - Çingiz Səfərli – Trend:

Şəmkir rayonu, Kür qəsəbəsi, M. Hüseynzadə küçəsi, ev 9 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əlnağıyev Araz Fərmayıl oğluna məxsus “Ayşən” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, işçi heyətin bəzilərinin tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.


Aşkar olunmuş pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Twitter: @cingizsafarli

Teqlər: