Şəmkirdə qaynanasını xəncərlə qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi

Xəbər - Samir Əli – Trend:

Şəmkirdə qaynanasını xəncərlə qətlə yetirən şəxsin cinayət işi məhkəməyə göndərilib.

Şəmkir rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə, 14.07.2021-ci il tarixdə Şəmkir rayonu Şiştəpə kənd sakini Sədaqət İbadullayevanın qəsdən öldürülməsi və qeyrilərinin öldürülülməsinə cəhd edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla zərərçəkmişin kürəkəni İntizam Hüseynovun aralarında yaranmış mübahisə zamanı xəncərlə xəsarət yetirərək qayınanası Sədaqət İbadullayevanı qızının gözləri qarşısında qəsdən öldürməsinə, arvadı Mahizər Hüseynovanı, qohumu Elnarə Cəbrayıllını və azyaşlı Qərib İbadullayevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında İntizam Hüseynova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 228.1 və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Teqlər: