Şəmkir rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İ.Adilzadə ötən gecə saat 2 radələrində idarə etdiyi “Priora” markalı avtomobillə hərəkətdə olarkən Aşağı Seyfəli kəndi ərazisində idarəetməni itirərək avtomobili aşırıb.
Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, nəticədə özü və sərnişini A.İbadullayev hadisə yerində ölüblər.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.