Şəmkirdə KOB Fest sərgi-satış yarmarkası keçirilib (FOTO)

Şəmkir rayonunda KOB Fest sərgi-satış yarmarkası təşkil olunub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı
ilə keçirilmiş yarmarkada Şəmkir, Tovuz, Daşkəsən və Göygöl
rayonlarında fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq
subyektləri, sənətkarlar məhsul və xidmətlərini, əl işlərini təqdim
ediblər. Ümumilikdə yarmarkada 70-ə yaxın KOB subyekti tərəfindən
800 adda qida və qeyri–qida məhsulları, bank və sığorta xidmətləri,
əl işləri, sənətkarlıq nümunələri nümayiş olunub.

KOBİA-dan AzerTimes-a
verilən məlumata görə, KOB Fest çərçivəsində həmçinin, sahibkarlar
arasında “B2B” görüşlər keçirilib, biznes xidmətlər göstərilib,
eləcə də mədəni-əyləncəli proqram, yaradıcı şəxslər və sənətkarlar
tərəfindən master-klasslar təşkil olunub.

“KOB Fest”in təşkilində məqsəd bölgədə KOB subyektləri
tərəfindən istehsal olunan məhsulların satışına dəstək olmaq, yerli
məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar
arasında əlaqələrin genişləndirilməsidir.

Qeyd edək ki, ilk KOB Fest sərgi-satış yarmarkası Bakı şəhərində
keçirilib. Növbəti günlərdə Gəncə, Sumqayıt, Lənkəran, Quba və
Füzulidə də KOB Fest təşkil olunacaqdır.

Teqlər: