Şəmkirdə ikimərtəbəli ev yandı

Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin “112”
qaynar telefon xəttinə Şəmkir şəhəri, E.Hüseynov küçəsində
vətəndaşa məxsus ikimərtəbəli evdə yanğın baş verməsi barədə
məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, dərhal
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir Rayon Yanğından
Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub
ki, yanğın vətəndaş Süleymanov Fuad Taptıq oğluna məxsus ümumi
sahəsi 280m² olan ikimərtəbəli beş otaqlı fərdi yaşayış evinin 1-ci
mərtəbəsindəki qarajda baş verib və alovun evin digər hissələrinə
keçmək riski çox yüksəkdir.

Havanın küləkli və yanğının mürəkkəbliyinə baxmayaraq,
yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində
qarajda baş vermiş yanğın qısa müddətdə söndürülərək evə
yayılmasına imkan verilməyib.

Yanğın nəticəsində qarajın yanar konstruksiyaları və
içərisindəki avadanlıqlar ümumilikdə 20m² sahədə yanıb, ev
yanğından mühafizə olunub.

Teqlər: