Şəmkir rayonunun Aşağı Seyfəli kəndində ümumi sahəsi 100 m² olan tikintisi başa çatmayan birmərtəbəli evin (1 otağında yaşayış var) dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.