Şəmkirdə birmərtəbəli ev yanıb, ölən var

Şəmkir rayonunun Əliyaqublu kəndində ümumi sahəsi 100 m² olan
kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki
ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, yanğın yerinin
kəşfiyyatı zamanı 1967-ci il təvəllüdlü Məmmədova Cəmilə İsmayıl
qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək
aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın
yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat
aparılır.

Teqlər: