Şəmkir rayonunda baş nahiyəsindən odlu silahdan açılmış atəş nəticəsində ölən şəxsin meyiti tapılıb.
AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.
Belə ki, 50-55 yaşlı kişinin meyiti kirayə qaldığı evdə aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.