Şəmkir rayon Polis Şöbəsinə rayon sakini Natiq Abbasovun daxilə keçmiş, Sevda Abbasovanın qulağının kəsilmiş-deşilmiş və ailənin azyaşlı nəvəsinin sifət nahiyəsinin bıçaq xəsarətləri almaları barədə məlumat daxil olub.
AzerTimes xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
O bildirib ki, dərhal Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb, araşdırmalar nəticəsində qeyd olunan şəxslərə xəsarətləri yetirməkdə şübhəli bilinən, qonşuları, dəfələrlə ruhi-əsəb dispanserində müalicə almış, 1990-cı il təvəllüdlü Fuad Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.