Şəmkirdə ata-oğul küçədə döyülüb.
AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə rayonun “Üç yol” adlanan ərazisində qeydə alınıb.
Belə ki, Gədəbəy rayon sakinləri – 1977-ci il təvəllüdlü Ə.Qasımov və onun oğlu, 1999-cu il təvəllüdlü A.Qasımov mübahisə zəminində döyülərək müxtəlif bədən xəsarətləri alıblar.
Zərərçəkmişlər xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
Onların kim tərəfindən döyülməsi və mübahisənin başvermə səbəbləri araşdırılır.