Şəmkirdə ağır qəza: yaralılar var

Şəmkirdə ağır qəza: yaralılar var

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi olub, 3 nəfər xəsarət alıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Qəza nəticəsində 1994-cü il təvəllüdlü Qurab Alıyev, onun qardaşı Elçin Alıyev və əmisi oğlu, 1994-cü il təvəllüdlü Elçin Alıyev xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Onlardan E.Alıyevin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: