Şəmkir su anbarının Tovuz rayonu ərazisinə düşən hissəsində batan Aşağı Öysüzlü kənd sakini 1987-ci il təvəllüdlü Zabit Paşa oğlu Baxşəliyevin cəsədi tapılıb.
AzerTimes xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən cəsəd suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.