Şəmkirdə silahdan atəş açılıb, xəsarət alan var.
Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat
Xidmətindən məlumat verilib.
Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinə martın 19-da
Əliyaqublu kəndi ərazisində bir nəfərin xuliqanlıq zəminində odlu
silahdan atəş açaraq rayon sakini X.Süleymanovun ayaq nahiyəsinə
xəsarət yetirməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində əməli törətməkdə şübhəli bilinən rayon sakini
Y.Məhərrəmov saxlanılıb, ondan “İJ” markalı ov tüfəngi
götürülüb.