Səməd Seyidov təklifimi rədd etdi – Xandanyan

Səməd Seyidov təklifimi rədd etdi – Xandanyan

Azərbaycan parlamentinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov görüş təklifimi rədd edib.

AzerTimes Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan deyib.

“Azərbaycanlı həmkarım görüş təklifimi açıq şəkildə rədd etdi”, – erməni deputat bildirib.

Xatırladaq ki, ötən həftə Xandanyan Seyidova müraciət edərək, Ermənistan və Azərbaycan parlamentlərinin xarici əlaqələr üzrə komitələrinin iclasının keçirilməsini və sərhəddə görüşməyi təklif etmişdi.

Teqlər: