Səmayə Məmmədova Gənclər və İdman Nazirliyindəki vəzifəsindən ayrılıb

Xəbər - Elçin Mehdiyev – Trend:

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova nazirlikdəki vəzifəsindən ayrılıb.

AzerTimes xəbər verir ki, bu barədə onun özü məlumat yayıb.

S.Məmmədova bildirib: “21 may 2021-ci il tarixdə öz istəyimlə 14 il ərzində mətbuat katibi olaraq fəaliyyət göstərdiyim Gənclər və İdman Nazirliyindən ayrılmışam.

Rəsmi iş məzuniyyəti bitdikdən sonra nazirliyə qayıtmayacam. Bundan sonrakı dönəmdə də hər kəsə böyük uğurlar, can sağlığı arzu edir, bir daha nazirliyin fəaliyyətində göstərdiyiniz dəstək və dostluğunuz üçün təşəkkürümü bildirirəm!”.

Teqlər: