Amerikalı müğənni Selin Dion Avropada nəzərdə tutulan konsertlərini ləğv edib.
AzerTimes xəbər verir ki, bu barədə “Franss İnfo” məlumat yayıb.
“Çıxış etmək üçün güc tapmağa çalışdım, lakin qastrol mənim üçün həddən artıq ağır ola bilər. Onları səhnəyə çıxa biləcəyim ana qədər təxirə salsaq, daha yaxşı olar”, – Dion vurğulayıb.
Qeyd edək ki, Dion nadir rast gəlinən əzələ sərtliyi sindromundan əziyyət çəkir. Xəstəlik insanın mərkəzi sinir sisteminə təsir göstərir ki, bu da əzələ tonusunu artırır və nəticədə ağrılı spazmlar olur. Xəstəlik inkişaf edərsə, xəstənin hərəkət etməsi, avtomobil idarə etməsi, bəzi hallarda isə sərbəst şəkildə yemək qabiliyyəti çətinləşə bilər.