Səlim Müslümovun məhkəməsi: Nə qədər ziyan ödənilib?

Səlim Müslümovun məhkəməsi: Nə qədər ziyan ödənilib?

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

AzerTimes xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində nazirliyin daxili nəzarət şöbəsinin rəisi Anar Bayramov ifadə verib.

O bildirib ki, təsdiq edilmiş sənəd əsasında obyekt və nazirliyin qurumlarında yoxlamalar aparılıb: “İdarələrdə araşdırma aparılırdı, nöqsanlar aşkar olunan kimi arayış hazırlanıb rəhbərliyə təqdim edirdik. Yoxlanmalı olan obyektlər iş planına uyğun müəyyən olunurdu. Yoxlamalara rəhbərlik hər dəfə ayrı-ayrı şəxslər təyin edilirdi. Daxili Nəzarət Şöbəsinin əməkdaşlarından təyin olunurdu. Biz arayışı təqdim edirdik rəhbərliyə, nə qərar qəbul olunurdu, ondan mənim xəbərim olmurdu. Kimin kimdən pul alması barədə məlumatım olmayıb”.

Anar Bayramov bildirib ki, yoxlamalarla bağlı sənədi şöbənin rəisi Nizami Xanlarov təsdiq edib: “Obyektlərdə aparılan yoxlamalarla bağlı protokolları rəhbərliyə təqdim ediblər. Həmin yoxlamalarda ən hansı qərarlar qəbul edilməsindən xəbərim olmayıb”.

Daha sonra Səlim Müslümova ifadə vermək üçün söz verilib. O deyib ki, ibtidai istintaq zamanı geniş ifadə verib və həmin ifadələrini təsdiq edir. İstintaqa verdiyi ifadəsinə əlavəsi yoxdur.

Hakim bdirib ki, cinayət işi üzrə ibtidai istintaq zamanı 334 şahid dindirilib və həmin şahidlərin əksəriyyəti məhkəmədə ifadə verib.

Hakim deyib ki, mənimsəmə epizodu üzrə ayrılmış cinayət işinin istintaqı zamanı 1 milyon 500 min manat ziyan dövlət büdcəsinə ödənilib.

Bundan başqa, 98 obyekt üzrə 634 min manata ziyan da ödənilməsi təmin olunub.
Hakim həmçinin deyib ki, ən çox ziyan “Göy qurşağı” MTK tərəfindən mənimsəmə faktı üzrə müəyyən olunub. Bu rəqəm 1 milyon 577 mindir, həmin ziyanında ödənilməsi təmin olunub.

Səlim Müslümovun vəkili Ayxan Rüstəmzadə deyib ki, cinayət işi üzrə şahidlərin 70 faizi dindirilib və bununla da şahidlərin dindirilməsi ilə kifayətlənmək olar.

Prokuror bu məsələyə növbəti prosesdə münasibət bildərəcəyini açıqlayıb.

Teqlər: