Səlim Müslümov xəstəxanaya yerləşdirildi (ÖZƏL)

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov
xəstəxanaya yerləşdirilib.

Bu barədə AzerTimes-a sabiq nazirin qohumları məlumat verib.

Məlumata görə, Səlim Müslümov qan təzyiqi və şəkərli diabetdən
əziyyət çəkir. İstintaq təcridaxanasından ev dustaqlığına
buraxılandan sonra sabiq nazirin səhhətindəki problemlər
ciddiləşdiyindən o Bakıdakı özəl klinikalardan birinə
yerləşdirilib. Hazırda onun müalicələri davam etdirilir.

Qeyd edək ki, S. Müslümov 2021-ci ilin fevral ayında Dövlət
Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılmışdı. Bir müddət
öncə sabiq nazir səhhətində yaranan problemlərə görə Penitensiar
Xidmətin müalicə müəssisəsinə yerləşdirilmiş, orada müalicələri
nəticə vermədiyindən ev dustaqlığına buraxılmışdı.

Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb
olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və
311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə
təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Teqlər: