Səlim Müslümov ev dustaqlığına buraxıldı

Həbsdə olan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim
Müslümovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib.

Trend,-in məlumatına görə bu barədə Səbail rayon Məhkəməsində
qərar qəbul edilib. Məhkəmənin qərarı ilə, Səlim Müslümovun səhhəti
ilə bağlı onun barəsində qətimkan tədbiri dəyişdirilib və ev
dustaqlığına buraxılıb.

Qeyd edək ki, Səlim Müslümov DTX tərəfindən keçirilən xüsusi
əməliyyatla həbs olunub.

Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb
olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və
311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə
təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, sabiq nazir bir neçə gün öncə səhhətindəki
problemlərə görə Penitensiar Xidmətin Müalicə müəssisəsinə
yerləşdirilmişdi.

Teqlər: