Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov fiziki qüsurlu ir qrup şəxslə görüşüb. 20-dən çox fiziki qüsurlu vətəndaş bu gün Nazirliyə gələrək Səlim Müslümova öz problemlərini söyləyib.
Nazir kommunal ödənişlərlə, kompensasiyaların verilməsi, eləcə də, müavinətlərin həcmi ilə bağlı fiziki qüsurlu şəxslərlə fikir mübadiləsi aparılıb. Nazir onlara bildirib ki, görüşdə qaldırılan məsələlərə baxılacaq və müvafiq qərarlar veriləcək.
Bu haqda danışan fiziki qüsurlu şəxslər Asif Qasımov, Minayə Əsədova, Zaur Hacılı, Xuraman Seyidəmir nazirlə görüşdən razı qaldıqlarını, problemlərinin həllinə diqqət göstəriləcəyinə ümidli olduqlarını bildirdilər.